EN

Petar Stoyanov: Qlobal Bakı Forumu geosiyasi vəziyyət səbəbindən ən önəmli platformalardan biri olacaq VİDEO

Bakı, 11 mart, AZƏRTAC

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyanın ən nüfuzlu təşkilatlarından birinə çevrilib. Biz sabiq və hazırkı siyasətçilər, intellektual şəxslər, mühəndislər və jurnalistlər olmaqla bir çox maraqlı insanı bir araya gətirə bilirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri XIII Qlobal Bakı Forumuna həsr olunmuş mətbuat konfransında Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov deyib.

“Biz Qlobal Bakı Forumu çərçivəsində dünyanın ən vacib mövzularının üzərində müzakirə aparırıq və hesab edirəm ki, bu Forum geosiyasi vəziyyət səbəbindən ən önəmli platformalardan biri olacaq. Çünki biz hazırda dünyada olduqca gərgin, aktiv qarşıdurmaların olduğunun şahidiyik. Forumda kifayət qədər insanın iştirak etməsi isə platformanın həqiqətən əhəmiyyətli olduğunu göstərir. Biz burada çox maraqlı məsələləri müzakirə edə, geosiyasi inkişafla bağlı fikirlərimizi açıq şəkildə ifadə edə bilirik”, - deyə Petar Stoyanov vurğulayıb.

Chosen
58
3
azertag.az

4Sources