İran Dünya Çempionatında iştirakdan imtina edib.
Offsideplus.az xəbər verir ki, ölkənin İdman naziri təhlükəsizlik şəraitinin və ABŞ ilə münasibətlərin buna imkan vermədiyini bildirib.
Nazir Əhməd Doyanmalı yaydığı bəyanatda deyib:
"Bu korrupsiyalaşmış hökumətin liderimizi qətlə yetirməsini nəzərə alsaq, Dünya Çempionatında iştirak etməyimiz üçün heç bir şərait yoxdur.
Səkkiz-doqquz ay ərzində bizə qarşı iki müharibə başladılıb və bir neçə min vətəndaşımız öldürülüb. Buna görə də, hazırkı vəziyyətdə iştirak etmək şansımız yoxdur".