EN

Psixoloq: “Dil bacarıqlarının inkişaf etməsi üçün uşaqları telefondan, televizordan, planşetdən 3 yaşına qədər uzaq tutmalıyıq”

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Erkən yaşda uşaqların söz ehtiyatını artırmaq, onların dil bacarıqlarının inkişafı və ünsiyyət qabiliyyətinin güclənməsi üçün çox önəmlidir.Erkən yaşda söz ehtiyatını artırmağın ən effektiv yolları nədir?

Ailə və uşaq psixoloqu Aynur İsmayılova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, uşağı 1 yaşından etibarən danışdırmaq lazımdır.

Aynur İsmayılova

“Danışmaq yemək içmək ehtiyacı kimi bir ehtiyacdır. Ona görə də uşağı mütləq şəkildə erkən yaşda hər bir şeyi izah edərək bir sözü bir neçə dəfə təkrar etmək, hətta bir yaşından etibarən uşağı danışdırmaq lazımdır. Dil bacarıqlarının inkişaf etməsi üçün uşaqları telefondan, televizordan, planşetdən 3 yaşına qədər uzaq tutmaq, mütəmadi nağıl danışmaq, mütəmadi uşaqları danışdırmaq, hər bir əşyanın adını soruşmaq, danışma ehtiyatı yaratmaq lazımdır. Bu şəkildə davrandıqda uşaqların danışmaq ehtiyacı çox güclənir və söz ehtiyatı, söz bazası daha çox olur.

Ünsiyyəti artırmaq üçün uşaq 2 yaşından sosial mühitə atılmalıdır. Onlar bağçaya, müxtəlif dərnəklərə getməlidirlər ki, uşaq öz yaşıdları ilə ünsiyyət qura bilsin, birlikdə oyun mübadiləsi olsun, oyun oynasınlar”-deyə Aynur İsmayılova qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
bizimyol.info

1Sources