EN

Rusiya iqtisadiyyatı üçün müsbət siqnal

ABŞ ilə İran arasındakı "müharibə vəziyyəti"nin Rusiya üçün mühüm iqtisadi üstünlüklər yarada biləcəyi qiymətləndirilir.

"Cebheinfo.az" xəbər verir ki, "Washington Post"un analizinə görə, Yaxın Şərqdəki münaqişə qlobal neft bazarında tədarük risklərini artırır. Bu vəziyyət enerji qiymətlərini yuxarı çəkir və Rusiya neftinin beynəlxalq bazardakı əhəmiyyətini gücləndirir.

Qəzetə görə, Fars körfəzindən neft daşınmasında yaranan fasilələr Rusiya üçün əlavə imkanlar doğurur. Enerji qiymətlərinin yüksəlməsi Rusiyanın neft gəlirlərini artıra bilər. 

Bundan əlavə, ABŞ-nin İranla yaşadığı gərginlik səbəbindən bəzi ölkələrin Rusiya neftinə qarşı təzyiqləri azaltmaq məcburiyyətində qaldığı qeyd edilir. Bu hal xüsusilə Hindistan kimi böyük alıcıların Rusiya neftinə çıxışını asanlaşdıra bilər.

"Washington Post" analizində ABŞ-nin artan hərbi xərclərinə də diqqət çəkilir. Qəzetin yazdığına görə, təkcə İrana qarşı ilk hərbi əməliyyatların maliyyəti 5 milyard 600 milyon dolları keçib. 

Ekspertlər bu cür əməliyyatların ABŞ büdcəsi üzərində əlavə təzyiq yaratdığını, Vaşinqtonun eyni vaxtda birdən çox geosiyasi cəbhədə cəmləşməsinin çətinləşə biləcəyini vurğulayırlar.

Analizdə həmçinin Çinin də dolayı qazanclar əldə edə biləcəyi ifadə olunur. ABŞ-nin diqqətinin Yaxın Şərqə yönəlməsi Vaşinqtonun Pekin üzərindəki təzyiqini azalda bilər. 

Lakin "Washington Post"a görə, mövcud mənzərədə neft bazarındakı inkişaflar səbəbindən ən konkret iqtisadi fayda Rusiya üçün ortaya çıxır.

Chosen
67
cebheinfo.az

1Sources