EN

İranda 9 xəstəxana istifadəyə yararsız hala düşüb

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İran-da ABŞ və İsrailin hücumları nəticəsində 9 xəstəxana istifadəyə yararsız hala düşüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Parlamentinin Səhiyyə Komissiyasının üzvü Məhəmməd Camaliyan bildirib.

O, münaqişənin başlanğıcından ölkə daxilində təxminən 1400 yaralı insanın xəstəxanalarda müalicə aldığını bildirib və həyatını itirənlər arasında təxminən 200 uşaq və 200 qadın olduğunu qeyd edib.

Hücumlarda səhiyyə işçilərinin də hədəf alındığını qeyd edən Camaliyan 11 səhiyyə işçisinin həyatını həlak olduğunu və 53 nəfərin yaralandığını bildirib.

O, hücumlarda səhiyyə infrastrukturunun ciddi ziyan gördüyünü, 9 xəstəxananın istifadəyə yararsız hala düşdüyünü, həmçinin 18 təcili tibbi yardım stansiyasının zədələndiyini, 14 təcili yardım maşınının dağıldığını və 25 səhiyyə mərkəzinin və xəstəxananın hücumlardan təsirləndiyini açıqlayıb.

Ölkənin dərman ehtiyatlarına toxunan Camaliyan hücumlara baxmayaraq, strateji dərman, tibbi avadanlıq və ləvazimat ehtiyatlarının yaxşı vəziyyətdə olduğunu söyləyib. O bildirib ki, münaqişələr növbəti altı ay ərzində davam etsə belə, mövcud ehtiyatlar müalicə ehtiyaclarını ödəyə bilər.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
73
525.az

1Sources