EN

Enerji auditi sahəsində növbəti ixtisas attestatı təqdim edilib

ain.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.

Energetika Nazirliyində növbəti enerji auditoru ixtisas attestatının təqdim olunması məqsədilə görüş keçirilib. Görüşdə iştirak edən energetika nazirinin müavini Elnur Soltanov “Enerji auditi xidmətləri göstərən “Energazer” MMC-nin nümayəndəsi Məcidli İbrahim Mikayıl oğluna binalarda (qurğularda) enerji auditinin həyata keçirilməsi üzrə ixtisas attestatını təqdim edib.Newscenter.az xəbər verir ki, nazir müavini enerji resurslarından səmərəli istifadə olunması, enerji itkilərinin azaldılması və enerji səmərəliliyinin artırılması baxımından enerji auditorlarının peşəkar fəaliyyətinin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Enerji auditlərinin müəssisə və binalarda enerji istehlakının təhlili, itkilərin müəyyənləşdirilməsi və qənaət potensialının üzə çıxarılması baxımından vacib alət olduğu vurğulanıb. Məcburi enerji auditi subyektləri üzrə proseslər və qarşıda duran planlarla bağlı fikir mübadiləsi aparılıb.Qeyd edək ki, Azərbaycan Respublikasının “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunundan irəli gələn tələblərə uyğun olaraq 26-27 fevral tarixlərində təsərrüfat subyektlərində və binalarda enerji auditinin həyata keçirilməsi ixtisas kateqoriyaları üzrə növbəti attestasiya keçirilib. Hər iki ixtisas kateqoriyası üzrə ümumilikdə dörd nəfərin iştirak etdiyi attestasiyalarda yalnız bir nəfər – Məcidli İbrahim Mikayıl oğlu uğur qazanaraq ixtisas attestatına layiq görülüb.Süleyman

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
80
newscenter.az

1Sources