EN

İranın raketləri turizmi də vurdu Novruzda Bakıya gələnlər azalacaq

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Naxçıvanın da hədəfə alınması ilə bağlı xəbərlər regionda təhlükəsizliklə bağlı narahatlıqları artırıb və bu vəziyyətin Azərbaycanın turizm sektoruna mümkün təsirləri müzakirə olunur. Xüsusilə Novruz tətili ərəfəsində ölkəyə gəlməyi planlaşdıran əcnəbi turistlərin səfər qərarlarına bu cür hadisələrin necə təsir göstərəcəyi sual doğurur.Bəs Naxçıvanın hədəfə alınması Azərbaycanın turizm sektoruna necə təsir edib və əcnəbilər Novruz tətilini ölkəmizdə keçirməkdən imtina edə bilərmi?Məsələ ilə bağlı turizm eksperti Rahib İsmayılzadə Demokrat.az-a bildirib ki, hazırda baş verən hadisələrin fonunda bölgədə turizm sektoru çox ciddi itkilərə məruz qalır:“Bu yaxınlarda rast gəldiyim statistikaya görə, Yaxın Şərq regionunda bu müharibə nəticəsində turizm sektoruna gündəlik təxminən 600 milyon dollar zərər dəyir. O ki qaldı bizə, yəni Naxçıvanın hədəf alınmasına və ya ümumiyyətlə belə risklərin mövcudluğuna onsuz da hazırda aeroportlarda yaranmış vəziyyət səbəbindən ciddi məhdudiyyətlər var. Dubay, Doha, Əbu-Dabi kimi iri hava limanlarında yaranan vəziyyətə görə bir çox uçuşlar dayandırılıb. Hazırda əsas diqqət yalnız insanların çətinliklə təxliyəsi və evakuasiya proseslərinə yönəlib. Yeni turistlərin səfər etməsi isə faktiki olaraq mümkün deyil. Bu səbəbdən də düşünürəm ki, bu il əcnəbilər Novruz tətilini Azərbaycanda keçirə bilməyəcəklər. Çox vacib işi olmayan, yəni sırf turizm və ya gəzinti məqsədilə səfər etməyi planlaşdıran insanlar, xüsusilə də əcnəbilər bu səfərlərdən çəkinəcəklər”.O qeyd edib ki, müharibə davam etdiyi müddətdə turist sayında kəskin azalma müşahidə olunacaq:“Hətta müharibə bu gün bitsə belə, onun yaratdığı rezonans və insanların təhlükəsizliklə bağlı narahatlıqları bir müddət qalacaq. Yəni hava limanları fəaliyyətini bərpa etsə belə, müəyyən dövr ərzində insanlar qorxu və ehtiyat hissi səbəbindən səfərlərini təxirə sala bilərlər. Azərbaycana gələn turistlərin böyük hissəsi Yaxın Şərq regionundan, eləcə də Hindistandan gəlir. Ərəb ölkələri və Körfəz ölkələrindən gələn turistlər də bu siyahıda mühüm yer tutur. Hazırda həmin istiqamətlərdən uçuşların məhdudlaşması səbəbindən turist axını demək olar ki, dayanıb. Bu turistləri yenidən görmək üçün isə müharibənin başa çatmasını və müəyyən müddətin keçməsini gözləməli olacağıq. Bütün bunlar sözsüz ki, həm ölkə iqtisadiyyatına, həm də turizm sektoruna ciddi təsir göstərəcək. Turist sayında çox ciddi azalmalar gözlənilir. Ümid edirik ki, müharibə tezliklə başa çatar və yenidən əvvəlki qaydada turistləri rahat şəkildə qəbul edə bilərik”.Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib.Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı "Arash-2" tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı iki mülki şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində araşdırmalar aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
69
demokrat.az

1Sources