EN

Kərim Vəliyev serbiyalı həmkarı ilə görüşdü

Martın 11-də Azərbaycanın müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə Serbiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Milan Moysiloviç arasında telefon danışığı olub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Danışıq Serbiya tərəfinin təşəbbüsü ilə baş tutub.

Tərəflər ölkələrimiz arasında hərbi və hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və perspektivlərini müzakirə edib, regionda cərəyan edən proseslər və təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıblar.

"Cebheinfo.az"

Chosen
33
4
cebheinfo.az

5Sources