EN

Qəza şəraiti yaradan avtobus sürücüsü hələ əliylə qarşı tərəfi haqsız çıxardı VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Abşeron rayonu, Masazır dairəsində qayda pozan sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə martın 11-də saat 07:45 radələrində qeydə alınıb. Kadrlardan göründüyü kimi, “BakuBus” MMC-yə məxsus 503 nömrəli marşrut xətti üzrə hərəkət edən 99-JZ-419 dövlət nömrə nişanlı “BMC” markalı avtobusun sürücüsü 

dairəvi hərəkət təşkil olunmuş yolayrıcının keçilməsi qaydasını pozub. 

Sürücü “Yol ver” nişanına məhəl qoymayaraq, dairə boyunca hərəkətdə olan avtomobili gözləmədən yoluna davam edib. Bu zaman görüntünü qeydə alan digər sürücüyə qəza şəraiti yaranıb. Təhlükə ilə üzləşən sürücü siqnal verərək xəbərdarlıq etsə də, avtobus sürücüsü şüşədən əliylə işarə edərək törətdiyi xətaya haqq qazandıraraq hərəkətini davam etdirib.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
78
avtosfer.az

1Sources