EN

Xocavənddə əmək yarmarkası keçiriləcək

Ayna portalından verilən məlumata əsasən, ain.az bildirir.

Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və SOCAR-ın Qaz İxrac İdarəsinin birgə təşkilatçılığı ilə Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək.

ƏƏSMN-dən AYNA.AZ-a verilən məlumata görə, 13 mart 2026-cı il tarixində, saat 10:00-da Xocavənd Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında keçiriləcək yarmarkada qaz paylayıcı stansiyanın operatoru üzrə vakansiyalar təqdim olunacaq.

Aktiv məşğulluq tədbirində vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq, habelə Agentliyin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.

Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
49
17
ayna.az

5Sources