EN

Azərbaycanın 2 qadın güləşçisi Avropa çempionatında finala yüksəlib

Azərbaycan güləşçisi Gültəkin Şirinova (55 kq) və Günay Qurbanova (59 kq) Serbiyanın Zrenyanin şəhərində davam edən güləş üzrə U-23 Avropa çempionatında finala vəsiqə qazanıblar.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Şirinova moldovalı rəqibi Mihaela Samoili, Qurbanova isə rumıniyalı Ana Mariya Puyunu üstələyib.

Avropa çempionatına martın 15-də yekun vurulacaq.

Chosen
78
33
far.az

10Sources