BAKI, 11 mart. TELEQRAF
Azərbaycan Milli Olimpiya Komitəsində təhlükəsiz idman prinsiplərinin gücləndirilməsi və müstəqil nəzarətin təmin edilməsi məqsədilə Təhlükəsiz İdman Komissiyası yaradılıb.
Teleqraf xəbər verir ki, komissiyanın tərkibi aşağıdakılardan ibarətdir:
Azər Əliyev – MOK Baş katibi, Komissiyanın sədri
Təhminə Tağızadə – Azərbaycan Milli Antidopinq Agentliyinin İcraçı direktoru
Elgün Səfərov – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri
Xəzər İsayev – Ədalətli Oyunlar Komissiyasının sədri
Fəridə Əzizova – Atletlər Komissiyasının sədri
"Komissiya idman mühitində etik dəyərlərin qorunmasına, idmançıların rifahının təmin olunmasına və təhlükəsiz idman mühitinin inkişafına töhfə verəcək" - məlumatda qeyd olunur.