EN

Məhkəmə baş redaktorun iddiasını təmin edib

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Müğənni Almaxanım Əhmədli və atası Vüqar Əhmədlə manşet.az saytının həmtəsisçisi və baş redaktoru Əli Vəliyev arasında məhkəmə çəkişməsi yekunlaşıb, hakimin qrarı elan olunub. Bu qərara görə, müğənni və atası jurnalistdən üzr istəməli, təkzib verməki, Əli Vəliyev haqqında bütün yazdıqlarını silməlidir.

Bu haqda lent.az saytına Əli Vəliyev özü məlumat verib.

Səbail rayon Məhkəməsi bu gün hakim Şahin Abdullayevin sədrliyə Əli Vəliyevin iddiasına baxıb.

Məhkəmə çək7şməsinə səbəb müğənnilərlə Mədəniyyət Nazirliyi arasında narazılığa dair Əli Vəliyevin çəkdiyi video olub.

Baş redaktor lent.az saytına deyib: “Bir ara Mədəniyyət Nazirliyinə qarşı müğənnilər tərəfindən hücumlar başlamışdı. Mən də video çəkərək nazirliyə qarşı bu hücumların əsassız olduğunu söylədim. Bu videodan sonra Almaxanım məni nazirlikdən rüşvət almağımla bağlı ittiham etdi. Həmin ittihamlar əsasında Almaxanımı və Vüqar Əhmədi məhkəməyə verdim. Onların mənə qarşı olan iddiaları isə təmin edilmədi".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
67
bizimyol.info

1Sources