EN

EIA İƏİT ölkələri ilə bağlı maye karbohidrogenlərin hasilatı proqnozunu açıqlayıb

Bakı. Trend:

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrinin neftvə digər maye karbohidrogenlərin hasilatının 2026-cı ildə 45,87milyon barel, 2027-ci ildə isə orta hesabla günə 46,04 milyon bareltəşkil edəcəyi gözlənilir.

Trend xəbərverir ki, bu barədə EIA-nın "Qısamüddətli enerji perspektivi" adlıhesabatının mart ayı üzrə açıqladığı məlumatında qeyd edilib.

EIA-nın qiymətləndirməsinə görə, İƏİT ölkələrinin sözügedənməhsul hasilatı 2026-cı ilin birinci rübündə orta hesabla günə45,70 milyon barel, ikinci rübdə günə 45,50 milyon barel, üçüncürübdə gündəlik 46,33 milyon barel, dördüncü rübdə isə günə 45,95milyon barel təşkil edəcək.

Qurumun 2027-ci il üçün isə İƏİT ölkələri üzrə neft və digərmaye karbohidrogenlərin hasilatı ilə bağlı proqnozları belədir:birinci rübdə hasilatın günə 45,68 milyon barel, ikinci rübdə günə45,81 milyon barelə, üçüncü rübdə günə 46,52 milyon barel, dördüncürübdə isə gündəlik 46,15 milyon barel səviyyəsində olacağıgözlənilir.

EİA-nın proqnozlarına əsasən, İqtisadi Əməkdaşlıq və İnkişafTəşkilatına daxil olmayan ölkələr üzrə isə neft və digər mayekarbohidrogenlərin hasilatının 2026-cı ildə 59,30 milyon barel,2027-ci ildə isə orta hesabla günə 60,56 milyon barel təşkiledəcəyi gözlənilir.

Məqalədə:
Chosen
81
az.trend.az

1Sources