EN

ABŞ Rumıniyada kontingent yerləşdirmək niyyətindədir


ABŞ Yaxın Şərqdəki əməliyyatlar üçün müvəqqəti olaraq Rumıniyaya 500-ə qədər əsgər və qırıcı təyyarə göndərə bilər.
Yeniavaz.com xəbər verir ki, “Bloomberg” bu barədə mənbələrə istinadən məlumat yayıb.
“Vaşinqton daha geniş logistika və yanacaqdoldurma əməliyyatlarının aparılacağı Mixail Koqalniçeanu Hava Bazasına bir neçə təyyarə göndərmək niyyətindədir... ABŞ həmçinin Rumıniyaya 500-ə qədər əsgər göndərməyi planlaşdırır”, - agentliyin mənbələri bildirib.
“Reuters” agentliyi mənbəyə istinadən bildirib ki, Rumıniya ABŞ-nin öz qoşunlarını yerləşdirmək tələbini təsdiqləyəcək.
Chosen
66
2
yeniavaz.com

10Sources