EN

Azər Əliyevə yüksək vəzifə verildi

Azərbaycan Milli Olimpiya Komitəsində təhlükəsiz idman prinsiplərinin gücləndirilməsi və müstəqil nəzarətin təmin edilməsi məqsədilə Təhlükəsiz İdman Komissiyası yaradılıb.

NOCOMMENT.az xəbər verir ki, komissiyanın tərkibi aşağıdakılardan ibarətdir:

Azər Əliyev – MOK Baş katibi, Komissiyanın sədri
Təhminə Tağızadə – Azərbaycan Milli Antidopinq Agentliyinin İcraçı direktoru
Elgün Səfərov – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri
Xəzər İsayev – Ədalətli Oyunlar Komissiyasının sədri
Fəridə Əzizova – Atletlər Komissiyasının sədri

“Komissiya idman mühitində etik dəyərlərin qorunmasına, idmançıların rifahının təmin olunmasına və təhlükəsiz idman mühitinin inkişafına töhfə verəcək” – məlumatda qeyd olunur.

 

Chosen
68
16
nocomment.az

10Sources