EN

Bakıda 60 manata əl enerjisi ilə "müalicə" "Bİ ES VİP"də qalmaqallı görüntülər

Medicina saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Bİ ES VİP" estetik klinikasında izdihamlı anlar yaşanıb.

Medicina.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə bu günlərdə baş verib.

Məlumata görə, klinikada xəstələri əl enerjisi ilə müalicə edən özbək əsilli, "Bionurun sahibi” kimi tanınan İqbol Soliyev adlı "həkim”in qəbulu keçirilib.

O, bioenerji və ya enerji terapiyası ilə məşğul olduğunu qeyd edib. Müasir tibbdə enerji terapiyası alternativ tibb və ya parapsixologiya sahəsinə aid edilir.

İqbol Soliyevin "Bİ ES VİP” estetik klinikasında qəbuluna minlərlə xəstə gəlib. Bir xəstənin qəbulu 60 manat olub.

Klinikdan verilən məlumata görə, İqbol Soliyev sözügedən tibb müəssisəsinin əməkdaşı deyil. O, iki günük qəbul keçirib və bundan sonra klinikadan ayrılıb.

Məlumata görə, İqbol Soliyev vətəni Özbəkistanda xalq təbabəti ilə bağlı qanunvericliyi pozduğuna görə 15 sutka həbs edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
79
14
icma.az

10Sources