EN

"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"

style='margin-bottom:10px;'>

"Liverpul"un kapitanı Vircil Van Deyk Çempionlar Liqasının 1/8 final mərhələsində "Qalatasaray"la cavab matçından öncə nikbinliyini qoruyub.

QOL.az xəbər verir ki, "ESPN" nəşrinin yaydığı məlumata görə, niderlandlı müdafiəçi komandasının İstanbuldakı 0:1 hesablı məğlubiyyəti kompensasiya edəcəyinə inanır:

"Yarada bildiyimiz epizodların sayına görə müsbət düşünə bilərik. Lakin bu, hələ hər şeyin kifayət edəcəyi anlamına gəlmir. Biz sona qədər döyüşməli və bu qələbəni haqq etməliyik. Növbəti mərhələyə vəsiqəni öz oyunumuzla qazanmalıyıq. Biz öz meydanımızda oynayacağıq və tribunada yalnız bizim azarkeşlərimiz olacaq. Ümid edirəm ki, həmin gün bizim üçün müsbət emosiyalarla dolu möhtəşəm bir gecə yaşanacaq".

Qeyd edək ki, "Liverpul" və "Qalatasaray" arasındakı cavab qarşılaşması martın 18-də İngiltərədə baş tutacaq.

Chosen
54
1
teleqraf.com

2Sources