EN

Dünyanın ən yüksək maaşlı rəhbərinin yeni qazancı bəlli oldu

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Texnologiya dünyası həm istehsal etməyə, həm də qazanmağa davam edir. Google və onun ana şirkəti olan Alphabet-in CEO-su Sundar Pichai üçün yeni ödəniş planı açıqlandı. Bu planla Pichai dünyanın ən çox qazanan rəhbərləri arasındakı mövqeyini daha da möhkəmləndirəcək.

Milli.Az xəbər verir ki, yeni plana əsasən, Sundar Pichainin qarşıdakı üç il ərzində ümumilikdə 692 milyon dollara qədər qazanc əldə edəcəyi proqnozlaşdırılır.

Pichainin illik sabit maaşı 2 milyon dollar (üç il üçün cəmi 6 milyon dollar) olaraq müəyyən edilib.

Ümumi qazancın böyük hissəsi nağd maaşdan deyil, şirkətin səhmləri və performans əsaslı təşviqlərdən ibarət olacaq. Bu o deməkdir ki, CEO-nun yekun qazancı Alphabet səhmlərinin birjadakı performansından və divident ödənişlərindən birbaşa asılı olacaq.

53 yaşlı Sundar Pichai 2015-ci ildən bəri Google-un CEO-su vəzifəsini icra edir. Şirkətin korporativ uğurlarının əsas memarı sayılan rəhbər, bu yeni müqavilə ilə öz sərvətini artırmağa davam edir. Onun rəhbərliyi dövründə Google süni intellekt və bulud texnologiyaları sahəsində ciddi sıçrayışlar edib.Lalə Qüdrətova

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
4
1
news.milli.az

2Sources