United States Central Command (CENTCOM) bildirib ki, İranın hərbi obyektləri yaxınlığında olan mülki şəxslərin təhlükəsizliyinə zəmanət verə bilməz. Qurumun açıqlamasına görə, ABŞ hərbçiləri zərbələrin mülki əhaliyə təsirini minimuma endirməyə çalışacaq.
Bununla yanaşı, Hormuz Boğazındakı bəzi mülki limanların Iran tərəfindən hərbi məqsədlər üçün istifadə oluna biləcəyi iddia edilir. CENTCOM İran vətəndaşlarını hərbi-dəniz qüvvələrinin fəaliyyət göstərdiyi limanları dərhal tərk etməyə çağırıb.