EN

Könül Həmzəyeva saxlanıldı

Könül Həmzəyeva saxlanıldı

“Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva saxlanılıb.

Külli miqdarda dələduzluq ittihamı ilə axtarışa verilmiş K.Həmzəyeva Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində paytaxtın Nərimanov rayonu ərazisində tutulub. Bir neçə gün öncə istintaqdan qaçıb gizləndiyi üçün barəsində axtarış elan edilən iş xanımı hazırda şübhəli şəxs qismində dindirilir. K.Həmzəyevanın sabah məhkəməyə çıxarılacağı gözlənilir.

Qeyd edək ki, bir ay əvvəl tanınmış influenserlər Fidan Zeyn və Azerina (Əfsanə Qasımlı) da Könüldən şikayət edərək, onun tərəfindən 150 min manat pullarının ələ keçirildiyini bildiriblər.

Chosen
48
3
afn.az

10Sources