EN

İran ABŞ-yə xəbərdarlıq etdi - Neft 200 dollar ola bilər

BAKI, 11 mart. TELEQRAF

ABŞ və İsrail İranın enerji infrastrukturuna zərbələr endirməyə davam edərsə, neftin qiymətləri bir barel üçün 200 dollara qədər yüksələ bilər.

Teleqraf xəbər verir ki, bu barədə İranın Xatəm əl-Ənbiya Mərkəzi Komandanlığının sözçüsü bildirib.

Daha əvvəl İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü İbrahim Zülfəqari də qiymətlərin kəskin şəkildə artması ehtimalından danışmışdı. Onun sözlərinə görə, ABŞ-ın ölkənin enerji obyektlərinə endirdiyi zərbələr münaqişənin yeni mərhələsini açıb.

Neftin qiyməti son günlərdə əhəmiyyətli dərəcədə dəyişib, Hazırda beft 119 dollardan 81 dollara enib.

Chosen
46
teleqraf.com

1Sources