EN

Tramp İrana əməliyyatı “kiçik ekskursiya” adlandırdı - VİDEO

ABŞ prezidenti Donald Tramp İranla bağlı keçirilən hərbi əməliyyatlara münasibət bildirib.

Musavat.com xəbər verir ki, Tramp çıxışı zamanı ABŞ ordusunun fəaliyyətini yüksək qiymətləndirərək əməliyyatı “kiçik ekskursiya” kimi xarakterizə edib.

Onun sözlərinə görə, bu proses iki həftə davam edib və ABŞ hərbçiləri özlərini “inanılmaz dərəcədə yaxşı” göstəriblər. 

“Nəhayət bu kiçik iki həftəlik ekskursiyaya çıxmalı olduq. Amma bu, inanılmaz idi. Hərbçilərimiz sadəcə möhtəşəm iş gördülər”, – deyə ABŞ prezidenti bildirib.

Jurnalistlərdən biri Trampın sözlərinə aydınlıq gətirmək üçün soruşub ki, o, bunu həm “ekskursiya”, həm də “müharibə” adlandırır – bəs əslində bu nədir?

Tramp isə belə cavab verib: “Hər ikisi. Bu, bizi böyük müharibədən qoruyacaq bir ekskursiyadır”.

 

Musavat.com

Chosen
115
50
musavat.com

10Sources