Bakı. Trend:
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha bir oyunukeçirilib.
Trend xəbər verir ki,İngiltərənin "Arsenal" klubu Almaniyada "Bayer"in qonağı olub.Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
İlk hissədə qapılara qol vurulmayıb. İkinci yarının əvvəlində -46-cı dəqiqədə Robert Andrix fərqlənib. London təmsilçisiməğlubiyyətdən matçın sonlarına yaxın xilas ola bilib. Təyin olunanpenaltini 89-cu dəqiqədə Kay Haverts dəqiq yerinə yetirib.
Komandalar arasında cavab oyunu martın 18-də keçiriləcək.