EN

Odero ciddi uyğunluq və təhlükəsizlik tələblərindən keçdi, xüsusi status aldı

(®) Azərbaycanda fəaliyyət göstərən ödəniş təşkilatı şirkəti Odero (Token Azərbaycan MMC), Visa tərəfindən təqdim edilən “Visa Ready Full” sertifikasiyasını tamamlayaraq “Visa Certified Payment Facilitator” statusunu alıb.

Bu sertifikat, yalnız Visa-nın ciddi uyğunluq və təhlükəsizlik tələblərindən keçən, beynəlxalq standartlara cavab verən ödəniş təşkilatlarına təqdim olunur.

Qeyd edilən sertifikat xüsusilə turizm, rent a car və otel kimi beynəlxalq müştərilərlə çalışan sektorlar üçün mühüm əhəmiyyət daşıyır. Bu sahələr üzrə ödəniş qəbulu xidməti yalnız qeyd edilən sertifikatı əldə edən şirkətlər tərəfindən təqdim edilə bilir, bu da sertifikatın strateji əhəmiyyətini daha da artırır.

Sertifikat, ödəniş təhlükəsizliyi, risklərin idarə olunması, uyğunluq prosedurları və əməliyyat prosesləri üzrə Visa standartlarına tam uyğunluğun təsdiqi hesab olunur. Bu çərçivədə, Odero ilə əməkdaşlıq edən bizneslər daha şəffaf, təhlükəsiz və qlobal tələblərə cavab verən ödəniş infrastrukturu əldə edirlər.

Odero-nun Baş Direktoru Raşit Kartalın sözlərinə görə, bu nailiyyət şirkətin beynəlxalq standartlara uyğun inkişaf strategiyasında mühüm mərhələ olmaqla yanaşı, yerli bizneslərin qlobal bazara çıxışını dəstəkləməyi hədəfləyir.

Visa ödəniş sertifikasiyası Azərbaycanda ödəniş təşkilatları Odero Token Azərbaycan MMC Visa Ready Full sertifikatı Visa Certified Payment Facilitator statusu beynəlxalq ödəniş infrastrukturu ödəniş təhlükəsizliyi standartları Visa uyğunluq tələbləri risklərin idarə olunması ödəniş sistemləri fintech Azərbaycan elektron ödəniş xidmətləri turizm sektoru ödəniş həlləri rent a car ödəniş sistemi otel ödəniş infrastrukturu qlobal ödəniş standartları bizneslər üçün ödəniş platforması rəqəmsal ödəniş texnologiyaları Visa ilə əməkdaşlıq Raşit Kartal Azərbaycan fintech sektoru beynəlxalq ödəniş həlləri biznes ödəniş təhlükəsizliyi
Chosen
68
5
marja.az

6Sources