EN

Dövlət Komitəsi 200 konteyner üçün 190 min manat ayırır

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tender keçirir.

NOCOMMENT.az xəbər verir ki, sözügedən departament respublikanın müxtəlif ərazilərində salınmış qəsəbələrdə sanitar-gigiyenik vəziyyəti yaxşılaşdırmaq məqsədilə 200 ədəd dəmir konteynerin satınalınmasını elan edib. Ehtimal olunan qiyməti 190.000,00 AZN təşkil edir.

Bu layihə çərçivəsində hər biri 1100 litr həcmində olan, 2,5 mm qalınlığında metal lövhədən hazırlanmış xüsusi davamlı konteynerlərin tədarükü nəzərdə tutulur. /32gun.az/

Chosen
58
1
nocomment.az

2Sources