“Napoli” aparıcı yarımmüdafiəçisi Skott MakTomineylə müqaviləni uzatmaq niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, Neapol klubu şotlandiyalı futbolçu ilə sözləşməni 2030-cu ilin yayına qədər artırmağı planlaşdırır. Bildirilir ki, MakTominey yeni müqaviləni qəbul etsə, komandanın ən yüksək maaş alan oyunçusuna çevriləcək.
Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi bu mövsüm A Seriyasında 6 qol vurub.