EN

Rusiyadan 6 ərəb ölkəsi ilə bağlı MÜHÜM QƏRAR: Səfərlərdən çəkinmək lazımdır

Rusiya XİN-dən Fars körfəzi ölkələri ilə bağlı xəbərdarlıq edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Rusiya Xarici İşlər Nazirliyi Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar fonunda öz vətəndaşlarına mühüm xəbərdarlıq ünvanlayıb.

Nazirlik bildirib ki, bölgədəki gərgin vəziyyət səbəbindən Fars körfəzi ölkələri vasitəsilə həyata keçirilən birləşdirici (tranzit) reyslərin ləğv olunma riski mövcuddur.

Bununla yanaşı, nazirlik Rusiya vətəndaşlarına Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt, Bəhreyn, Qətər, Oman və Səudiyyə Ərəbistanına səfər etməkdən çəkinməyi tövsiyə edib.

Sözügedən ölkələrə səyahət etməməklə bağlı verilən tövsiyələr hələ də qüvvədə saxlanılır.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
123
interpress.az

1Sources