EN

İsrail ordusu Tehrana yeni genişmiqyaslı zərbələrə başladığını açıqlayıb

BAKI, 12 mart. TELEQRAF

İsrail Müdafiə Qüvvələri Tehranda hökumət obyektlərinə qarşı yeni genişmiqyaslı zərbələrə başladığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Açıqlamada qeyd olunub ki, hücumlar İranın paytaxtında yerləşən hökumət obyektlərini hədəf alır.

“İsrail Müdafiə Qüvvələri Tehranda rejimə məxsus obyektlərə qarşı genişmiqyaslı zərbələr dalğasına başlayıb”, - deyə ordunun bəyanatında bildirilib.

Chosen
88
teleqraf.com

1Sources