EN

Valverde Çempionlar Liqasında het-trik edən ikinci uruqvaylıdır

“Real Madrid” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında “Mançester Siti”ni 3:0 hesabı ilə məğlub edib.

İdman.Biz bildirir ki, madridlilərin hər üç qolunu Federiko Valverde vurub.

Beləliklə, Valverde UEFA Çempionlar Liqasında het-trik etmiş ikinci uruqvaylı olub.

Çempionlar Liqasında het-trik edən ilk uruqvaylı 2000/2001 mövsümündə “Deportivo”nun keçmiş oyunçusu Valter Pandiani olub.

“Mançester Siti” və “Real Madrid” arasında ikinci oyun martın 17-də Mançesterdəki “Etihad” stadionunda keçiriləcək.

İdman.Biz
Chosen
84
idman.biz

1Sources