Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində şəhər mərkəzinə yaxın bir yaşayış massivində pilotsuz uçuş aparatı (PUA) binaya çırpılıb.
Binada olanların təhlükəsizliyi təmin etmək üçün təxliyə əməliyyatları həyata keçirilib.
Məlumata görə, mülki müdafiə qrupları kiçik yanğını nəzarət altına alıb və hadisə nəticəsində heç kimin xəsarət almadığı vurğulanıb.
Qeyd edək ki, bura şəhərin ən yeni sahil layihələrindən biridir.