EN

FTB xəbərdarlıq etdi - İran Kaliforniyaya hücum edə bilər…



ABŞ Federal Təhqiqat Bürosu (FTB) hüquq-mühafizə orqanlarına İranla bağlı xəbərdarlıq edib. ABŞ mətbuatının əldə etdiyi məxfi hesabata görə, FTB İranın ABŞ əməliyyatlarına cavab olaraq Kaliforniya sahillərindəki müəmmalı bir gəmidən dron hücumu edə biləcəyini bildirib.

ABC News təhlükəsizlik xəbərdarlığına istinadən bildirir ki, FTB bu yaxınlarda Kaliforniya polis departamentlərini mümkün İran qisası barədə məlumatlandırib. Xəbərdarlıqda bildirilir ki, İran ABŞ əməliyyatlarına cavab olaraq qərb sahilinə pilotsuz uçuş aparatları (PUA) göndərə bilər.

Fevralın əvvəlinə olan məlumata görə, İranın, ABŞ-ın hücuma cavab olaraq, Birləşmiş Ştatlar sahillərində, xüsusən də Kaliforniyada bilinməyən hədəflərə naməlum bir gəmidən gözlənilməz dron hücumu planlaşdırdığı iddia edilir.

Rəsmilər qeyd etdilər ki, potensial hücumun vaxtı, metodu, dəqiq hədəfi və ya günahkarları ilə bağlı hələlik əlavə məlumat yoxdur.

Tahir TAĞIYEV

Chosen
62
baki-xeber.com

1Sources