EN

Tehran meri: Münaqişənin ilk 10 günündə İranda 9 minə yaxın obyekt hücuma məruz qalıb

Tehran meri: Münaqişənin ilk 10 günündə İranda 9 minə yaxın obyekt hücuma məruz qalıb

Regionda gərginliyin artdığı ilk 10 gün ərzində İran ərazisində müxtəlif təyinatlı təxminən 9 min obyekt İsrail və ABŞ-ın bombardmanlarına məruz qalıb.

AFN.az xəbər verir ki, bu rəqəmləri Tehranın meri Əlirza Zakani açıqlayıb. "Müharibənin ilk 10 günündə düşmən ölkə boyu 9 min obyekti atəşə tutub", — deyə Zakani bildirib.

Onun sözlərini İran dövlət televiziyası yayımlayıb. Mer əlavə edib ki, paytaxtda dağıntıların təmizlənməsi istiqamətində artıq genişmiqyaslı işlər aparılıb və bu proses fasiləsiz olaraq davam etdirilir.

Chosen
105
afn.az

1Sources