EN

Tərkibində təhlükəli maddə aşkarlandı Evinizdə varsa dərhal atın

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycanda da bazarda satılanTürkiyə istehsalı olan məişət kimyəvi vasitələri ilə bağlı xəbərdarlıq edilib. Türkiyə Ticarət Nazirliyinin "Hypo Gel Drenaj Təmizləyicisi" ilə bağlı qərarı nəzarətinin vacibliyini bir daha gündəmə gətirib.Demokrat.az-ın məlumatına görə Azərbaycandakı marketlərdə bu tipli drenaj təmizləyiciləri geniş çeşiddə təqdim olunur. Ekspertlər bildirir ki, təmizlik vasitələri alarkən etiket məlumatlarına və istehsalçı şirkətin sertifikatlarına xüsusi diqqət yetirmək lazımdır. Xüsusilə "toxunma stimulyasiyası" testlərindən keçməyən məhsullar dərinin zədələnməsinə və tənəffüs yollarının qıcıqlanmasına səbəb ola bilər.Evinizdə bu cür məhsullar varsa, onların istifadə tarixini və tərkibini bir daha nəzərdən keçirmək faydalı olar. Məsləhət görülür ki, kimyəvi maddələrlə işləyərkən əlcək və qoruyucu vasitələrdən istifadə edəsiniz. Hər hansı qıcıqlanma və ya şübhəli hal müşahidə etdikdə isə dərhal həkimə müraciət etmək vacibdir.İsmayıl

Demokrat.az

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
demokrat.az

1Sources