EN

Dırnaq yemək barmağın itirilməsinə səbəb ola bilər

ABŞ-də 21 yaşlı Qebbi Sverjevski dırnaq yemək vərdişi səbəbindən barmağının kəsilməsi təhlükəsi ilə üzləşib.

AzEdu.az xəbər verir ki, bu barədə "Metropoles" nəşri məlumat yayıb.

Qebbi Sverjevski bildirib ki, əvvəlcə barmağındakı ağrını dırnağın ətə doğru böyüməsi ilə əlaqələndirib. Çünki zərərli vərdişinə görə əvvəllər də tez-tez bənzər problemlər yaşayıb. Lakin ağrılar şiddətləndiyi üçün o, xəstəxanaya müraciət etməli olub. İnfeksiyanın müalicəsi üçün gənc qıza antibiotiklər və xüsusi məlhəmlər təyin edilib.

Təyin olunan müalicə kömək etməyib və Sverjevskinin vəziyyəti daha da pisləşib. Barmağı qaralan, şişkinliyi çəkilməyən və dözülməz ağrıları olan qıza bir neçə dəfə abses drenajı (irinli nahiyənin təmizlənməsi) proseduru tətbiq olunub. Vəziyyətin düzəlmədiyini görən həkimlər yoluxmuş nahiyənin tamamilə təmizlənməsi üçün təcili əməliyyat qərarı veriblər. Cərrahlar infeksiyanın sümüyə çatmasından və barmağın amputasiya ediləcəyindən ehtiyat etsələr də, xoşbəxtlikdən belə bir radikal addıma ehtiyac qalmayıb.

Yaşadığı bu qorxulu hadisədən sonra Qebbi Sverjevski dırnaq yemək vərdişindən tamamilə əl çəkib.

Chosen
53
2
azedu.az

3Sources