EN

Xaşdan daha güclü şorba - Sümükləri bərkidir

Qış mövsümünün əvəzolunmaz yeməklərindən sayılan yayla şorbası, təkcə dadı ilə deyil, həm də orqanizmə verdiyi faydalarla seçilir. 

Bizim.Media xəbər verir ki, tərkibindəki qatıq, düyü, nanə və yumurta sayəsində bu şorba kalsium, fosfor və zülal baxımından olduqca zəngin qida qaynağıdır. 

Daimi şəkildə istifadə edildikdə sümüklərin sıxlığını artırır, oynaq və əzələ sağlamlığına dəstək verir.

Şorbanın əsas komponenti olan qatıq güclü kalsium və fosfor mənbəyi kimi tanınır. Bu minerallar sümüklərin möhkəmlənməsində və osteoporoz riskinin azaldılmasında mühüm rol oynayır. Həftədə bir neçə dəfə rasiona əlavə edilən yayla şorbası sümükləri bərkitməklə yanaşı, oynaq ağrılarının da qarşısını alır.

Zülal, B vitaminləri və müxtəlif amin turşuları ilə zəngin olan bu şorba, əzələ və bağ toxumalarının yenilənməsinə kömək edir.

Xüsusilə uşaqların böyümə dövründə, idmanla məşğul olan şəxslərdə və sümük əriməsi təhlükəsi olanlarda təbii dəstək vasitəsi kimi özünü doğruldur. Qatıqdakı probiotik bakteriyalar isə bağırsaq florasını tarazlaşdıraraq immun sistemini möhkəmləndirir.

Xaşla müqayisədə daha yüngül və həzmə rahat olan yayla şorbası, yağ və xolesterin baxımından da daha təhlükəsiz alternativdir. Bir kasa şorbanın təxminən 100-120 kalori olması onu pəhriz saxlayanlar üçün də ideal bir seçimə çevirir. Tərkibindəki nanə və yumurta isə xüsusilə soyuq havalarda bədən müqavimətini artıraraq soyuqdəyməyə qarşı qoruyucu rol oynayır. (Demokrat.az)

Bizim.Media

Chosen
50
3
bizim.media

4Sources