EN

Quti və Benzema “Real”ın problemlərini açıqladılar – ARENA.AZ

“Real”ın keçmiş yarımmüdafiəçisi Quti “qaymaqlılar”ın baş məşqçisi Alvaro Arbelonın düşdüyü vəziyyəti şərh edib.

Arena.az ispaniyalı keçmiş futbolçunun həmyerlisi barədə müvafiq fikrini təqdim edir:

“Alvaro “zəhərli konfet” alıb. Onu mövsümün ortasında, çoxlu zədəli futbolçunun olduğu komandaya dəvət ediblər. Müvafiq şərtlərdə özünü göstərmək mümkünsüzdür. Buna rəğmən, Alvaronun yaxşı tanıyıram və ümidvaram, lazımı alətləri olmasa belə, nəsə ərsəyə gətirəcək”.

“Real”ın sabiq futbolçusu “qaymaqlılar”ın xeyli zəifləməsini də əsaslandırıb:

“Toni Kroos və Luka Modriç klub üçün bütöv bir dövr yaratmışdılar. Onların simasında “Real” meydanın mərkəzində ağalıq edirdi. Hazırda digər yaxşı oyunçular var – amma hər halda Luka və ya Toni qədər yaxşı deyillər. Məhz onlar “Real”a çatışmır”.

Quti Madrid təmsilçisinin fransalı ulduzu, mərkəz hücumçusu Kilian Mbappeni komandanın digər oyunçularından heç də vacib hesab etmədiyini də söyləyib:

“Kilian Mbappe vurduğu qollara və rəqib müdafiəçilərinə başağrısı yaratdığına görə çox vacibdir. Amma eyni zamanda, düşünürəm ki, Eder Militao, Cud Bellingem və ya digər oyunçular da “Real” üçün bunca vacibdirlər, xüsusən də indi, komanda böhranda ikən”, deyə Quti vurğulayıb..

Yeri gəlmişkən, “Real”ın digər keçmiş oyunçusu, hazırda Səudiyyə Ərəbistanı nəhəngi “Əl-Hilal”da çıxış edən fransalı ulduz hücumçu Kərim Benzema da “qaymaqlılar”ın çatışmazlığı ilə bağlı qənaətini açıqlayıb:

“Real”da komandanın ulduzları – Mbappe, Vinisius, Bellingem və Rodriqo arasında ancaq əlaqə əskikdir. Hər kəs meydandakı mükəlləfiyyətinə bələd olmalıdır”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
52
8
arena.az

10Sources