EN

Daxili Qoşunların yaranmasından 34 il ötür

Ajans.az xəbər verir ki, 1992-ci il martın 12-də formalaşdırılan qurum dövlətin daxili təhlükəsizliyinin təmin olunmasında, ictimai asayişin qorunmasında və strateji obyektlərin mühafizəsində mühüm rol oynayır. Ötən illər ərzində Daxili Qoşunlar terrorizmə qarşı mübarizə, xüsusi əməliyyatlar, kütləvi iğtişaşların qarşısının alınması və fövqəladə hadisələr zamanı əhalinin evakuasiyası kimi bir çox çətin missiyaları yerinə yetirib. Quruma müasir texnika, peşəkar heyət və yeni taktiki hazırlıq standartları tətbiq edilərək onun imkanları daha da gücləndirilib.

Bu gün Daxili Qoşunlar ölkənin təhlükəsizlik sisteminin ayrılmaz hissəsi kimi fəaliyyətini davam etdirir və qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirir.

Chosen
44
Ajans.az

1Sources