EN

Moldova MDB-dən çıxır - hökumət o qərarı verdi

Moldova hökuməti ölkənin MDB üzvlüyü ilə bağlı əsas müqavilələrin dayandırılması dəstəkləyib. Qərar təşkilatdan çıxma prosedurunun bir hissəsi kimi qəbul olunub.

Musavat.com xəbər verir ki, bu barədə “Qruziya online” məlumat yayıb.

Söhbət MDB-nin yaradılması haqqında sazişdən və ona əlavə edilmiş protokoldan gedir. Hər iki sənəd 1991-ci ilin dekabrında, Sovet İttifaqının dağılması ərəfəsində imzalanmışdı. Bundan əlavə, 1993-cü il yanvarın 22-də Minskdə qəbul olunmuş MDB Nizamnaməsinin də ləğvi nəzərdə tutulur.

Picture

İndi qanun layihəsi Moldova prezidenti Maya Sandunun imzasına göndəriləcək. Prezident sənədi təsdiqlədiyi təqdirdə, layihə parlamentə təqdim olunacaq. Parlament səsverməsi bu ay keçiriləcək. Daha sonra ləğv Moldova prezidenti tərəfindən təsdiqlənəcək, bundan sonra Xarici İşlər Nazirliyi rəsmi geri çəkilmə notası verəcək. Moldovanın MDB-dən çıxmaq proseduruna başladığını yanvar ayında ölkənin baş nazir müavini və xarici işlər naziri açıqlamışdı. Xarici İşlər Nazirliyi bildirmişdi ki, təşkilatın əsas prinsipləri – xüsusilə dövlətlərin ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması prinsipi pozulub. Nazirlik qeyd edib ki, Rusiya Ukraynaya qarşı müharibə aparır, daha əvvəl Gürcüstana qarşı aqressiya törədib və Moldovanın ərazisi olan Dnestryanı bölgədə qanunsuz olaraq hərbi qüvvələrini saxlayır.

XİN həmçinin vurğulayıb ki, Moldova faktiki olaraq artıq MDB-nin fəaliyyətində iştirak etmir. Yada salaq ki, Gürcüstan 2008-ci ilin avqust müharibəsindən sonra MDB-ni tərk edib və 2009-cu ildə bu qərar rəsmən qüvvəyə minib. Ukrayna isə MDB-nin təsis sənədlərini heç vaxt ratifikasiya etməsə də, 2014-cü ildən sonra Birliyin strukturlarında iştirakını faktiki olaraq dayandırıb və sonrakı illərdə MDB çərçivəsində bir sıra sazişlərdən çıxıb.

Moldova 2022-ci ildə Avropa İttifaqına üzvlük üçün müraciət etdikdən və ölkə rəhbərliyi Avrointeqrasiya kursunu elan etdikdən sonra MDB-dən çıxmaq qərarını gündəmə gətirib. İki il sonra ölkədə Avropa Birliyinə qoşulma ilə bağlı referendum keçirilib və vətəndaşların əksəriyyəti bu təşəbbüsü dəstəkləyib. Həmin dövrdə Maya Sandu ikinci dəfə prezident seçilərək Rusiyayönlü namizəd Stoianoqlonu qabaqlayıb. Moldova hakimiyyəti seçki prosesinə Moskvanın müdaxilə etdiyini də iddia etmişdi.

2025-ci ilin sentyabrında keçirilən parlament seçkilərində Sandunun rəhbərlik etdiyi PAS partiyası qalib gələrək konstitusion çoxluğu qoruyub saxladı. Seçkilərdən əvvəl prezident xarici müdaxilə və mümkün saxtalaşdırma cəhdləri barədə xəbərdarlıq etmişdi.

2026-cı il yanvarın 12-də Maya Sandu bəyan edib ki, əgər belə bir referendum keçirilsə, o, Moldovanın Rumıniya ilə birləşməsi ideyasına səs verərdi. Prezident bu mövqeyini kiçik dövlətlərin müasir dünyada suverenliyi və demokratiyanı qorumaq üçün üzləşdiyi çətinliklərlə izah edib və Rusiyaya qarşı dayanmağın vacibliyini vurğulayıb.

Musavat.com

Chosen
63
musavat.com

1Sources