“Yapı Kredi Bank Azərbaycan” QSC-nin Daxili audit departamentinə direktor təyin edilib.
Banker.az xəbər verir ki, Uğur Anarat bu vəzifəyə təyin edilib. Vəzifə indiyə qədər vakant idi.
O buna qədər ana şirkəti olan Türkiyədəki “Yapı Kredi Bankası A.Ş.”də çalışırdı.
Xatırladaq ki, “Yapı Kredi Bank Azərbaycan” 1998-ci ildə (əvvəlki “Koçbank (Azərbaycan)”, 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,381 milyon manatdır. Bankın səhmlərinin 99,8%-i Türkiyənin “Yapı Kredi Bankı”na, 0,01%-i “Yapı Kredi Yatırım Menkul Değerler” şirkətinə, 0,01%-i isə “Yapı Kredi Finansal Kiralama” şirkətinə məxsusdur.