EN

Mehdiyevlərlə bağlı yeni xəbər: əvvəl təkzib edildi, sonra gerçək bilindi ÖZƏL

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev ailəsinə məxsus olduğu bildirilən “German Hospital”ın doğum şöbəsi bağlanıb.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, klinikada çalışan cərrah mama-ginekoloqlar pasiyentlərinə şöbənin fəaliyyətini dayandırdığını bildiriblər.

Onlar artıq başqa tibb müəssisələrində çalışdıqlarını deyiblər.

Qeyd edək ki, bir müddət əvvəl klinikanın bağlanması ilə bağlı məlumat yayılsa da, müəssisə sosial şəbəkə hesabında xəbəri təkzib etmişdi.

Hospitalın adı son vaxtlar istintaqla əlaqədar materiallarda da hallanıb.

Klinikanın Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevə məxsus olduğu bildirilir. O, uzun illər səhiyyə və tikinti biznesi ilə məşğul olub. Mehdiyevin kürəkəninin adı həm də bir sıra kommersiya layihələrində, o cümlədən “German Hospital”ın təsis sənədlərində keçir.

Xatırladaq ki, “German Hospital” 2010-cu illərdə Bakı şəhərində fəaliyyətə başlayıb. Klinika əsasən doğum, cərrahiyyə, LOR, qastroenterologiya və plastik-estetik xidmətlər üzrə tanınıb.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
28
globalinfo.az

1Sources