Almaniyanın “Ayntraxt Frankfurt” klubu “Qarabağ”ın vingeri Emmanuel Addainin transferində israrlıdır.
İdmanxeber.az-ın məlumatına görə, Bundesliqa təmsilçisi qanalı futbolçunun keçidini qısa müddətdə həll etmək istəyir. Bildirilir ki, Addai ilə digər Avropa klubları da maraqlanır.
Məlumata əsasən, futbolçunun yayda “Qarabağ”dan ayrılaraq “Top-5” liqalardan birinə keçməsi gözlənilir. Ağdam klubu isə onunla müqaviləni uzadaraq gələcək transferindən qazanc əldə etməyə çalışır.
Qeyd edək ki, Addai 2024-cü ilin yayında İspaniyanın “Alkorkon” klubundan “Qarabağ”a keçib.