EN

İran atəşkəs üçün üç şərt irəli sürdü: Qanuni hüquqlar, təzminat və hücum etməmək zəmanəti

İran
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə müharibənin başa çatmasının yeganə yolunun İranın qanuni hüquqlarının tanınması, təzminat ödənilməsi və yenidən hücum edilməyəcəyinə dair möhkəm beynəlxalq zəmanətin verilməsi olduğunu bildirib. 1news.az xəbər verir ki, Pezeşkian ABŞ mərkəzli X sosial şəbəkəsində Rusiya Prezidenti Vladimir Putin və Pakistanın Baş naziri Şahbaz Şərif ilə apardığı telefon danışıqları barədə açıqlama yayıb.
O qeyd edib ki, hər iki liderlə söhbətində İranın regionda sülh və sabitliyə sadiqliyini bir daha vurğulayıb. İran Prezidenti bildirib ki, İsrail və ABŞ tərəfindən İrana qarşı başladılan müharibənin sona çatmasının yeganə yolu məhz bu şərtlərin yerinə yetirilməsidir.

“Savaşın sona çatmasının yeganə yolu İranın qanuni hüquqlarının tanınması, təzminatın ödənilməsi və yenidən hücum edilməyəcəyinə dair möhkəm beynəlxalq zəmanətin verilməsidir”, – deyə Pezeşkian qeyd edib.

Chosen
16
1
1news.az

2Sources