EN

Əl tanilər Papa John’s u 1.5 milyarda almaq istəyir

ain.az bildirir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, bu barədə Reuters-ə məsələdən xəbərdar olan iki mənbə məlumat verib. Məlumata görə, təklif şirkətin ümumi dəyərini təxminən 1,5 milyard dollar səviyyəsində qiymətləndirir. Bu, Irth Capital-ın ötən il Apollo Global Management ilə birlikdə pizza şəbəkəsini almağa cəhd etməsindən sonra ikinci təşəbbüsüdür. İrth hazırda Papa John’s -da təxminən 10% paya sahibdir və bunun bir hissəsi törəmə maliyyə alətləri vasitəsilə əldə olunub. Mənbələrin sözlərinə görə, şirkətin bu təklifi qəbul edib-etməyəcəyi hələ məlum deyil və proses zamanı digər potensial alıcıların da ortaya çıxması mümkündür. Xəbər yayılandan sonra Papa John’s-un səhmləri təxminən 20% bahalaşaraq 38,86 dollara yüksəlib. Qeyd olunur ki, Apollo Global Management ötən ilin noyabrında səhm başına 64 dollarlıq təklifini geri götürüb. Bundan sonra aktivist investor Irenic Capital Management də şirkətdə pay əldə edərək pizza şəbəkəsinin gələcəyi ilə bağlı spekulyasiyaları artırıb. 2024-cü ildə yaradılan Irth Capital Qətər kral ailəsinin üzvlərindən biri tərəfindən dəstəklənir. Fondun rəhbərləri Şeyx Məhəmməd bin Abdulla Al-Tani və Metyu bredşoudur. Papa John’s -un alınması fondun ilk böyük əməliyyatlarından biri ola bilər. Papa John’s 1984-cü ildə ABŞ-ın İndiana ştatının Ceffersonvil şəhərində yaradılıb və 1993-cü ildə birjada listinq olunub. Şirkət son illərdə zəif tələbat fonunda fəaliyyətini bərpa etməyə çalışır.

Məhəmmədəli Həsənli

AzVision.az Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
82
1
azvision.az

2Sources