EN

Qazaxda yunan Roma və sərbəst güləş üzrə U15 ölkə birinciliyinə start verilib

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Qazax, 12 mart, AZƏRTAC

Gənclər və İdman Nazirliyi, Güləş Federasiyası və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qazax İdman paytaxtı 2026" çərçivəsində yunan-Roma və sərbəst güləş üzrə U15 ölkə birinciliyi keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2026-cı ilin “İdman paytaxtı” martın 11-dən 14-dək azyaşlı yeniyetmələrin mübarizəsinə şahidlik edəcək.

Birinciliyə 620 idmançı qatılıb. U15 ölkə birinciliyində 2011-2012-ci il təvəllüdlü oğlanlar mübarizə aparacaqlar.

Qazax Olimpiya İdman Kompleksində keçirilən açılış mərasimində Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər yunan-Roma və sərbəst güləş üzrə U15 ölkə birinciliyinin keçirilməsinin əhəmiyyətindən söz açıb, iştirakçılara uğurlar arzulayıblar.

Sonra yarışlara start verilib.

Qazax Olimpiya İdman Kompleksində keçirilən ölkə birinciliyinin ilk günündə sərbəst güləş üzrə 6 çəkidə finalçılar müəyyənləşib. Gündüz seansında 38, 41, 44, 48, 52 və 57 kiloqramda müxtəlif mərhələlər üzrə mübarizə baş tutub.

Müxbir- Ruslan Novruzoğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
56
azertag.az

1Sources