EN

Dünyada Neft-qaz qiymətlərinin artması Azərbaycan əhalisinə mənfi təsir edirmiş… – ŞOK TƏFƏRRÜAT

Qlobal bazarlarda neft qiymətlərinin artması enerji ixrac edən ölkələrin iqtisadiyyatına birbaşa təsir göstərir. Xüsusilə də iqtisadiyyatı böyük ölçüdə enerji gəlirlərinə bağlı olan Azərbaycan üçün bu proses həm yeni imkanlar, həm də müəyyən risklər yarada bilər.

Neft qiymətləri bu templə artsa, Azərbaycan iqtisadiyyatında nələr baş verəcək?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli deyib:

iqtisadçı-ekspert

“Neft qiymətlərinin yüksəlməsi Azərbaycanın həm neft, həm də qaz gəlirlərini artırır. Maliyyə Nazirliyinin hesablamasına görə, neft qiymətinin illik orta qiymətinin 10 dollar daha yüksək olması Azərbaycana 2.2 milyard manat xeyir verir. Amma burada söhbət saatlıq qiymətdən getmir.

İqtisadçının sözlərinə görə, bu, orta illik qiymətdir. Ölkəmiz neft və qaz ixrac edir, başqa ixracımız yoxdur. Bu, ixrac və valyuta gəlirlərini artırır. 2.2 milyard manatın da 1.8 milyard manatı neft fondunda toplanır. 400 milyon manatı isə büdcəyə gəlir.

Neft-qaz qiymətlərinin qalxmasının çox sayda ziyanlarından bəhs edən Xalid Kərimli bildirib:

“Daşıma xərci artır, infilyasiya yüksəlir. Eyni zamanda idxal qiymətlərinin infilyasiyası da böyüyür. Neft və qazın qiymətlərinin qalxmasından birbaşa dövlət faydalanır. Lakin bu qiymət artımından sonra əhali əziyyət çəkir. Çünki idxaldan asılıyıq. Sonra neft və qaz bahalaşanda, istehsalçılar onu satdığı məhsulun dəyərinin içərisinə qoyub satırlar. Nəticədə infilyasiya qalib gəlir və xalqa ziyan olur, — deyə Xalid Kərimli vurğulayıb.

Dəniz Pənahova
KONKRET.az

Chosen
46
1
konkret.az

2Sources