EN

Falçılıq niyə qadağan edilməməlidir? Replika

Kulis.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Kulis.az "Replika" rubrikasında İlham Əzizin falçılıqla bağlı fikirlərini təqdim edir.

Avropanın inkişaf etmiş ölkələrində falçılıq geniş yayılıb.

Heç bir qadağa yoxdur. Hətta falçıların tv kanalları da var.

Gecə-gündüz iş başındadırlar.

Bir şeyi dəqiq bilirəm ki, heç bir qadağa falçılığın, əllə, müxtəlif qeyri-tibbi üsullarla müalicənin qarşısını ala bilməz, heç düzgün də deyil.

Kim istəyir gələcəyini bu üsulla görsün, müalicəsini bu cür eləsin, özü bilər. Biz buna niyə qarışmalıyıq. Məcburiyyət yox, qısnama yox, heç kimə dəvətnamə göndərmirlər, çağırmırlar.

Dövlətin boynuna düşən odur ki, vergisini təyin edib, pulunu alsın.

İtaliyadan çox bilirik?

İyirmi birinci əsrdi, adam özü bilər pulunu kimə verir, müalicəsini kimdən alır.

Məncə bu məsələlər qanunla icazəli olmalı, qanuniləşdirilməlidir.

İtaət və üsyanın toqquşması - "Bakı Balacalar Teatrı"ndan tabuları sındıran tamaşa

Güzgüdə yoxa çıxan adam - Vüsal Hicranın hekayəsi

Bu gün Su çərşənbəsidir

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
33
1
kulis.az

2Sources