EN

Daxili Qoşunlar – 34 il dövlətə sədaqət, xalqa xidmət (VİDEO)

Bakı.Trend:

Daxili İşlər Nazirliyinin Daxili Qoşunları artıq 34 ildir ki,xalqımıza və dövlətimizə sədaqətlə xidmət edir. Bu illər ərzindəşəxsi heyət üzərinə düşən vəzifələri məsuliyyət, intizam vəpeşəkarlıqla yerinə yetirərək ictimai asayişin və sabitliyinqorunmasına mühüm töhfələr verib.

Trend xəbərverir ki, yarandığı gündən etibarən Daxili Qoşunlar ölkəmizinsabitliyi və vətəndaşların rifahı naminə əzmkarlıq nümayiş etdirib.Qoşunlara göstərilən diqqət və qayğı nəticəsində onun inkişaf vəyüksəliş yolunun möhkəm təməli qoyulub. Xüsusilə Ümummilli LiderHeydər Əliyevin rəhbərliyi dövründə Daxili Qoşunlar müasirmaddi-texniki baza və yüksək döyüş hazırlığına malik çevik hərbiquruma çevrilib.

Ulu Öndərin 1995-ci il 9 mart tarixli Fərmanına əsasən 12 mart –Daxili Qoşunlar Günü kimi təsis edilib. Bu tarix Daxili Qoşunlarınşərəfli xidmət yoluna verilən yüksək qiymətin və Qoşunlara olanetimadının ifadəsidir. Bu da təsadüfi deyildi. Məhz müstəqilAzərbaycanın Daxili Qoşunlarının şəxsi heyəti ölkəmizin ərazibütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşlərə ilk dəfə1992-ci ilin mart ayının 12-də başlayıb. Birinci Qarabağ müharibəsidövründə hərbi qulluqçularımızın od-alovlu səngərlərdəgöstərdikləri şücaət və fədakarlıq nümunələri xalqımızın yaddaşındasilinməz izlər buraxıb.

Birinci Qarabağ müharibəsində ərazi bütövlüyümüzün bərpasıuğrunda döyüşlər zamanı Dахili Qоşunlаrın şəхsi hеyətindən 682nəfər şəhid оlub, 4 nəfər itkin düşüb və 1179 nəfər isə yаrаlаnıb.Daxili Qoşunların 9 nəfər hərbi qulluqçusu “Azərbaycanın MilliQəhrəmanı” adına layiq görülüb.

Birinci Qarabağ müharibəsi başa çatdıqdan sonra isə uzunmüddətliatəşkəs dövründə qoşunların xidməti fəaliyyəti ictimai qaydanın vətəhlükəsizliyin təmin olunmasına, silahlı cinayətkarlarınzərərsizləşdirilməsinə, kütləvi tədbirlər zamanı asayişinqorunmasına yönəlib. Qabaqcıl təcrübə öyrənilərək xarici ölkələrinmüvafiq qurumları ilə hərbi əməkdaşlıq əlaqələri genişləndirilib,şəxsi heyətin peşə hazırlığının artırılması istiqamətində ardıcıltədbirlər həyata keçirilib, müasir dövrün çağırış və təhdidlərinəuyğun islahatlar aparılıb. Daxili Qoşunların tərkibində Hərbiİnstitut, təlim mərkəzləri, helikopter eskadrilyası yaradılıb.

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlhamƏliyevin ali diqqət və qayğısı nəticəsində Daxili Qoşunlarınfəaliyyəti daha da təkmilləşdirilib, döyüş qabiliyyətimöhkəmləndirilib, infrastruktur yenilənib. Müasir silah və texnikailə təchizat gücləndirilib, şəxsi heyətin xidmət və məişət şəraiti,eləcə də sosial rifahı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.
Bu illər ərzində hərbi qulluqçuların təlim və məşğələlərdə yüksəkdöyüş hazırlığına yiyələnməsi, qazanılan hərtərəfli təcrübətorpaqlarımızın işğaldan azad olunması kimi müqəddəs missiyanınyerinə yetirilməsində mühüm rol oynayıb.

44 günlük Vətən müharibəsi zamanı Daxili Qoşunların hərbiqulluqçuları şərəfli döyüş ənənələrinə sadiq qalaraq erməniişğalçıları üzərində Böyük Qələbənin qazanılmasına layiqli töhfələrveriblər. Düşmənə qarşı igidliklə vuruşaraq torpaqlarımızın azadolunması üzrə döyüş tapşırıqlarını öz canı və qanı bahasına yerinəyetiriblər. Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən66 nəfər şəhid olub, 346 nəfər isə yaralanıb. Xüsusi xidmətlərinəvə göstərdikləri qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluqvəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayişetdirdiklərinə görə Daxili Qoşunların 4 nəfər hərbi qulluqçusuna“Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

2023-cü il sentyabrın 19–20-də Azərbaycan RespublikasınınQarabağ iqtisadi zonasında Silahlı Qüvvələrimizin, o cümlədənDaxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həyata keçirdiyilokal xarakterli antiterror tədbirləri zamanı qarşıya qoyulanvəzifələr qısa müddətdə və dəqiqliklə icra olunub.

Daxili Qoşunların şəxsi heyəti tapşırıqları yüksək peşəkarlıq,dəqiq koordinasiya və qətiyyətlə icra edərək üzərinə düşənvəzifələri uğurla yerinə yetirib. Məhz illər boyu formalaşmış döyüşhazırlığı, intizam və əməliyyat təcrübəsi bu tədbirlərin qısamüddətdə və effektiv şəkildə başa çatdırılmasını təmin edib.Nəticədə bölgədə separatizmə son qoyulub.

Antiterror tədbirləri zamanı igidlik və şücaət göstərən DaxiliQoşunların 12 hərbi qulluqçusu şəhid olub, 24 nəfər isə yaralanaraqmüxtəlif dərəcəli xəsarətlər alıb.

Bu gün də hərbi qulluqçularımız Qarabağ və Şərqi Zəngəzurdapolis əməkdaşları ilə birgə xidməti tapşırıqların öhdəsindənbacarıqla gəlir, Böyük Qayıdış proqramının sürətlənməsi üçün əzmləçalışaraq üzərlərinə düşən vəzifələri tam həcmdə yerinəyetirirlər.

34 il ərzində formalaşan zəngin xidmət təcrübəsi, möhkəmnizam-intizam, yüksək döyüş hazırlığı və vətənə sarsılmaz bağlılıqbu gün də Daxili Qoşunların fəaliyyətinin əsas dayağını təşkiledir. Bu illər ərzində qazanılmış əməliyyat təcrübəsi vəinstitusional inkişaf şəxsi heyətin peşəkar potensialınıgücləndirib, qarşıya çıxan çağırışlara çevik və adekvat reaksiyavermək imkanlarını artırıb.
Daim təkmilləşən hazırlıq sistemi, müasir yanaşmaların tətbiqi vəpeşəkar kadr potensialı Daxili Qoşunların dayanıqlı inkişafınıtəmin edən başlıca amillərdəndir. Çətin və məsuliyyətli şəraitdəxidmət aparan hərbi qulluqçular dövlətə sədaqət, xalqa xidmətprinsiplərinə sadiq qalaraq üzərlərinə düşən vəzifələri layiqincəyerinə yetirirlər.

Daxili Qoşunların keçdiyi yol bir daha sübut edir ki, şəxsiheyət həmişə xalqın əmin-amanlığının, daxili sabitliyin sadiqkeşikçisi olub və bundan sonra da dövlətə və xalqa sədaqətprinsiplərinə sadiq qalaraq, üzərinə düşən vəzifələri eyniməsuliyyət, peşəkarlıq və qətiyyətlə yerinə yetirəcək, ölkəmizinsabitliyinə və ictimai asayişin qorunmasına etibarlı töhfə verməyədavam edəcək.

Məqalədə:
Chosen
89
21
az.trend.az

10Sources