EN

1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində yoxlamalar gözlənilir

1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində yoxlamaların aparılacağı gözlənilir...

Tendensiya.com-a daxil olan məlumatlara görə, Meşələrin İnkişafı Xidmətinin fəaliyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeni rəhbərliyini qane etmir. Bu səbəbdən departamentdə ciddi kadr dəyişikliklərinin aparılması fonunda yoxlamaların həyata keçiriləcəyi ehtimal olunur.

Mənbələrin bildirdiyinə görə, xüsusilə regional meşə təsərrüfatı idarələrinin fəaliyyətində ciddi nöqsanlar mövcuddur. Məsələn, əkin işləri ilə bağlı vəziyyət ürəkaçan deyil. Sənədlərdə hər şeyin plan üzrə həyata keçirildiyi göstərilsə də, real vəziyyət çox fərqlidir.

Bildirilir ki, 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində də oxşar problemlər mövcuddur. Əkin işləri və meşə torpaqlarının istifadəsi ilə bağlı ciddi çatışmazlıqların olduğu qeyd edilir. Bununla yanaşı, meşələrin mühafizəsi sahəsində də problemlərin qaldığı vurğulanır. İddialara görə, bəzi ərazilərdə hələ də qanunsuz ağac qırıntısı faktları qeydə alınır.

Məlumatlarda həmçinin qeyd olunur ki, mərkəzdə kadrların seçimində də ciddi nöqsanlar mövcuddur. Belə ki, meşəçilik ixtisası üzrə diplomu olan kadrların kənarda qaldığı, müvafiq ixtisası olmayan şəxslərin isə mərkəzdə çalışdığı bildirilir.

Məlumata görə, 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Habil Əliyev nədənsə, bu hallara göz yumur.

Poliqon.info

Chosen
52
poliqon.info

1Sources