EN

ÇL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarının ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Fanat.Az xəbər verir ki, həftənin ən yaxşısı seçilmək üçün 4 futbolçu mübarizə aparacaq. 

Bunlar Xviça Kvaratsxeliya (PSJ), Federiko Valverde (“Real Madrid”), Maykl Olise (“Bayern Münhen”) və Yulian Alvaresdir (“Atletiko Madrid”).

Xviça "Çelsi" ilə matçda dubl edib və 1 qolun ötürməsini verib. Valverde "Mançester Siti" ilə oyunda het-trik müəllifi olub. Alvares "Tottenhem"lə görüşdə 2 dəfə fərqlənib və 1 məhsuldar ötürmə verib. Olise isə "Atalanta" ilə qarşılaşmada dubla imza atıb.

Qalibin adına UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğunun nəticəsində aydınlıq gələcək.

Chosen
14
fanat.az

1Sources